EN

"Qarabağ"ın U-19 komandasının "Napoli" ilə oyunu yarımçıq dayandırıldı

style='margin-bottom:10px;'>

"Qarabağ" klubunun U-19 komandasının UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" ilə oyunu əlverişsiz hava şəraitinə görə yarımçıq dayandırılıb.

QOL.az xəbər verir ki, İtaliyada oynanılan matçın 64-cü dəqiqəsində başlayan güclü leysan oyunun davam etdirilməsinə mane olub. Hazırda görüşün çexiyalı baş hakimi Dominik Starı yağışın səngiməsini gözləyir və matçın qaldığı yerdən davam etdirilməsi ehtimal olunur.

Qeyd edək ki, oyun dayandırılan anda meydan sahibləri 1:0 hesabı ilə öndə olublar.

Chosen
45
3
teleqraf.com

7Sources