EN

Aynur Kərimova: Kəlbəcər Azərbaycan mədəni irsinin daşıyıcısıdır

Kəlbəcər, 25 noyabr, Abdulla Suvar, AZƏRTAC

Bu gün Kəlbəcər Şəhəri Günüdür. Kəlbəcər Azərbaycanın çox önəmli regionlarından biridir və eyni zamanda, mədəni irsin daşıyıcısıdır. Burada əsrlərin yadigarı olan sənət əsərləri və milli irs nümunələri qorunub saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova deyib.

“Biz tədbir çərçivəsində çox gözəl sənət nümunələri nümayiş etdiririk. Azərbaycan mədəniyyətini və Kəlbəcərin lokal mədəniyyətini əhatə etməyə çalışmışıq. Təqdim olunan sərgilərdə aşıq sənəti, “Kəlbəcərin dünənindən bugününə” fotosərgisi və digər nümunələr yer alır.

Chosen
46
azertag.az

1Sources