Gələn həftə Bakıda "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025" keçiriləcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və nazirliyin təşkilatçılığı ilə baş tutacaq tədbirin dekabrın 5-11-də keçirilməsi nəzərdə tutulub.
Tədbirdə 50-dən çox ölkədən 300-dən artıq qonağın – dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də yaradıcı sənaye üzrə mütəxəssislərin iştirakı gözlənilir.
Telegram kanalımız