EN

Polşa suborbital raketi uğurla sınaqdan keçirdi

Polşa yerli istehsal olan suborbital raketi uğurla sınaqdan keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirinin müavini Sezari Tomçik X-də yazıb.

Onun sözlərinə görə, sınaq zamanı bütün təyin olunmuş məqsədlərə nail olunub: mərhələlər düzgün ayrılıb, hədəfə yönəldilib və müəyyən edilmiş trayektoriya üzrə uçub.

Raket 65 km yüksəkliyə çatıb.

Chosen
20
ucnoqta.az

1Sources