EN

Polşa öz suborbital raketini uğurla sınaqdan keçirdi

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Polşa öz suborbital raketini uğurla sınaqdan keçirib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Çezari Tomçik bazar ertəsi günü bildirib.

“Bu gün Hərbi Texniki Silahlar İnstitutu, Lodz 1 saylı Hərbi Təyyarə Zavodu və Qamrat konsorsiumu tərəfindən hazırlanmış üç mərhələli suborbital raket Ustkadakı Mərkəzi Hərbi Hava Qüvvələrinin sınaq poliqonunda uğurla buraxılıb.

Raket funksiyalarını uğurla yerinə yetirib: mərhələnin ayrılması, kosmosda müəyyən edilmiş nöqtəyə istiqamətləndirmə və müəyyən edilmiş trayektoriya üzrə uçuş. O, 65 km hündürlüyə çataraq, təhlükəsiz və sabit uçuşu başa vuraraq, bütün əsas daxili texnologiyaların işləmə qabiliyyətini təsdiqləyib", - deyə Tomçik qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
53
1
axar.az

2Sources