EN

Marko Yankoviç ikinci dəfə ata olub - FOTO

Monteneqro millisinin və “Qarabağ” klubunun yarımmüdafiəçisi Marko Yankoviç ikinci dəfə ata olub.

İdman.Biz xəbər verir ki, bu barədə futbolçu Instagram hesabında paylaşım edib.

O paylaşımında yeni doğulan oğluna Maksim adını verdiklərini bildirib.

Qeyd edək ki, monteneqrolu futbolçunun 2023-cü ildə dünyaya gələn Niksa adlı bir oğlu da var.

İdman.Biz

Chosen
25
6
idman.biz

10Sources