EN

Onlar üçün də kiçik ailə biznesləri yaradıldı - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.

"Cebheinfo.az" xəbər verir ki, bu dəfə Ağdam, Ağdərə, Füzuli və Kəlbəcər rayonlarında daha bir qrup şəxsə proqram çərçivəsində “Kiçik dərzi sexi”, “Qadın gözəllik salonu”, “Poliqrafiya xidmətləri” və “Kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti” zərfləri üzrə aktivlər təqdim edilib.

Verilmiş aktivlər hesabına onlar qeyd edilən istehsal və xidmət istiqamətləri üzrə kiçik ailə bizneslərini yaradıblar.

Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

İndiyə qədər Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 600-dək şəxs özünüməşğulluq proqramının dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını qurub.



"Cebheinfo.az"

Chosen
19
11
cebheinfo.az

10Sources