AZ

Azad olunmuş ərazilərdə daha bir qrup şəxs üçün kiçik ailə biznesləri YARADILDI - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu dəfə Ağdam, Ağdərə, Füzuli və Kəlbəcər rayonlarında daha bir qrup şəxsə proqram çərçivəsində "Kiçik dərzi sexi", "Qadın gözəllik salonu", "Poliqrafiya xidmətləri" və "Kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti" zərfləri üzrə aktivlər təqdim edilib.
 

Verilmiş aktivlər hesabına onlar qeyd edilən istehsal və xidmət istiqamətləri üzrə kiçik ailə bizneslərini yaradıblar. Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini vurğulayıblar.


Qeyd edək ki, indiyə qədər Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 600-dək şəxs özünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə təsərrüfatlarını qurub.













Bizim.Media

Seçilən
9
11
bizim.media

10Mənbələr