Ağstafa sakini itkin düşüb.
APA-nın xəbərinə görə, Ağstafa rayonunun Dağ Kəsəmən kənd sakini, 1990-cı il təvəllüdlü Heydərova Nərgiz Pənah qızı bir neçə gün əvvəl yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
N. Heydərovanın əlamətləri: boyu 170 sm, arıq bədən quruluşlu, saçları qara, gözlərinin rəngi qəhvəyidir. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Ağstafa Rayon Polis Şöbəsinə (022-225-25-52, 055-259-08-08) məlumat vermələri xahiş olunur.