Ağstafa rayon Dağkəsəmən kənd sakini, 1990-cı il təvəllüdlü Heydərova Nərgiz Pənah qızı bir neçə gün əvvəl yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətindən NOCOMMENT.az-a bildiriblər ki, N. Heydərovanın əlamətləri: boyu 170 sm, arıq bədən quruluşlu, saçları qara, gözlərinin rəngi qəhvəyidir. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Ağstafa Rayon Polis Şöbəsinə (022-225-25-52, 055-259-08-08) məlumat vermələri xahiş olunur.
