EN

Rusiya ilə Azərbaycan arasında heyvan sağlamlığı istiqamətində əməkdaşlıq genişləndirilir

Bakı. Trend:

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti FederalXidmətinin (“Rosselxoznadzor”) Federal Dövlət Büdcə Təşkilatı“Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin (ФГБУ«ВНИИЗЖ») nümayəndələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda(AQTİ) olublar.

Trend xəbər verir ki,AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev nümayəndə heyətinəİnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Oqeyd edib ki, qida təhlükəsizliyinin təmin edilməsi və əhalininsağlamlığının qorunması məqsədilə İnstitutda qida təhlükəsizliyi,kompleks tədqiqatlar, həmçinin bitki və heyvan sağlamlığı üzrəixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir.

Əli Nəbiyev həmçinin bildirib ki, ölkənin biotəhlükəsizlikstatusunun daimi nəzarətdə saxlanması üçün xüsusi təhlükəlixəstəliklərin vaxtında və dəqiq laborator diaqnostikası həyatakeçirilir. Müayinələr peşəkar kadrlar tərəfindən beynəlxalqstandartlara uyğun, etibarlı və yüksək dəqiqlikli diaqnostikdəstlərdən istifadə etməklə aparılır. Stasionar laboratoriyalarlayanaşı, 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyarlaboratoriyalar da epizootoloji monitorinqlər zamanı geniş şəkildəistifadə olunur.

Nümayəndə heyətinə başçılıq edən “Federal Heyvan SağlamlığınınMühafizəsi Mərkəzi”nin Tver filialının direktoru Yuliya JiqarevaAQTİ-nin fəaliyyətini yüksək qiymətləndirib və iki ölkənin müvafiqqurumları arasında heyvan xəstəlikləri üzrə elmi-tədqiqat işləri,peyvənd istehsalı, idxal-ixrac əməliyyatları zamanı laboratormüayinələrin operativ aparılması istiqamətində geniş əməkdaşlıqimkanlarının olduğunu vurğulayıb.

Görüşdən sonra qonaqlar AQTİ-nin Nümunələrlə iş şöbəsi iləyaxından tanış olublar. Qeyd olunub ki, əsas məqamlardan birinümunənin sənədlərlə birlikdə təqdim edilməsi və laboratoranalizlər üçün yararlı olmasıdır. Məxfiliyin qorunması məqsədi ilənümunə qəbul edildikdən sonra qablaşmanın üzərinə barkod vurulur.Barkodda yalnız nümunənin identifikasiya kodu, laboratoriyanın vənümunənin adı, nümunənin götürülmə və istehsal tarixi məlumatlarıqeyd olunur. Sonra isə nümunələr analiz üçün müvafiqlaboratoriyalara təhvil verilir.

Chosen
38
3
az.trend.az

4Sources