EN

Vinisius qışda Real dan ayrıla bilər

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Vinisius Junior qış transfer pəncərəsində komandasını dəyişə bilər.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Madrid klubu ilə yeni müqavilə barədə razılığa gələ bilmir. Bu səbəbdən İngiltərənin “Mançester Siti”, “Çelsi” və Səudiyyə Ərəbistanının bəzi klubları onunla maraqlanır. Forvardın “kral klubu” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

V. Junior 2018-ci ildən "Real Madrid"də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 17 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Üçqat İspaniya çempionu olan “sambaçı” üç dəfə İspaniya Kubokunun, üç dəfə İspaniya Superkubokunun və iki dəfə Çempionlar Liqasının qalibi olub. Braziliya millisinin üzvü, həmçinin iki dəfə UEFA Superkubokunu və eyni sayda klublararası dünya çempionatı titulunu başı üzərinə qaldırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
5
unikal.az

6Sources