Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə səbəbilə 2000-ci il təvəllüdlü Ləman Qulamova Yeni Klinikanın Reanimasiya şöbəsinə təxliyə edilib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Yeni klinikanın Mətbuat xidmətindən bildirilib.
"Hazırda pasiyentin vəziyyəti kritik ağır olaraq qalır və süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə reanimasiya şəraitində nəzarətdə saxlanılır", - məlumatda bildirilib.
Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.
***
Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamova “Yeni Klinika”ya köçürülüb.
Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Fuad Cəfərov feysbuk hesabında paylaşım edib.
“Ləmanın müalicəsi artıq “Yeni Klinika”da davam etdirilir. Gecə müalicə üçün bu xəstəxanaya köçürdük. Dualarınızı əsirgəməyin”, - paylaşımda deyilir.
Bildirilir ki, Ləmanın vəziyyəti ağır olaraq qalır.
Xatırladaq ki, Yasamaldakı yanğın zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.