EN

İlyas Demirci: Zəngəzur dəhlizi Türk dünyasını birləşdirən geosiyasi və geoiqtisadi körpüdür

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 noyabr, AZƏRTAC

Biz Azərbaycanı özümüzdən ayrı görmürük. Onu yalnız qardaş ölkə deyil, eyni canın və eyni taleyin parçası hesab edirik. Azərbaycanın inkişafı, güclənməsi və regional layihələrdə aparıcı mövqeyə yüksəlməsi bizim üçün strateji və mənəvi əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirci söyləyib.

O bildirib ki, Zəngəzur dəhlizi, sadəcə, nəqliyyat xətti deyil, Türk dünyasını birləşdirən geosiyasi və geoiqtisadi körpüdür. Bu dəhliz Mərkəzi Asiyadan Anadoluya, Xəzərdən Aralıq dənizinə uzanan inteqrasiya xəttinin əsas sütunlarından biridir. Zəngəzur dəhlizi həm Azərbaycanın beynəlxalq tranzit imkanlarını genişləndirəcək, həm də regionda davamlı sülhə və iqtisadi əməkdaşlığa töhfə verəcək strateji layihədir.

"Şübhəsiz ki, biz bu dəhlizin tam şəkildə layihələndirilməsini və inşa olunmasını arzulayırıq. Beynəlxalq siyasi proseslər və böyük güclərin mövqeləri nəzərə alınsa da, nəticə etibarilə bu layihənin həm Azərbaycan, həm də Türkiyə üçün uzunmüddətli fayda verəcəyinə inanırıq.

Bu kontekstdə Türk Dövlətləri Təşkilatı, üzv ölkələr, vətəndaş cəmiyyətləri və beynəlxalq qurumların bu təşəbbüsə verdiyi dəstəyin regionun gələcəyi üçün mühüm rol oynayacağına ümid edirik. Biz Zəngəzur dəhlizini yalnız bir infrastruktur layihəsi deyil, Türk dünyasının birliyinin və ortaq gələcəyinin simvolu kimi qiymətləndiririk.

Bu mövzuda bütün imkanlarımızla Azərbaycanın yanında olduğumuzu, hər cür texniki və institusional dəstəyə hazır olduğumuzu bir daha bəyan edirik",- deyə İ.Demirci əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
2
azertag.az

3Sources