EN

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

İSMAYILLI, 24 noyabr. TELEQRAF

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər İsmayıllı verir ki, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən V.Şiralıyev saxlanılıb.

Yol verdiyi qayda pozuntusuna görə saxlanılan sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi məlum olub.

V.Şiralıyev barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Chosen
45
4
teleqraf.com

6Sources