AZ

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Ajans.az xəbər verir ki, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən V.Şiralıyev saxlanılıb. Yol verdiyi qayda pozuntusuna görə saxlanılan sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi məlum olub. 

V.Şiralıyev barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.(Mənbə:Unikal)

Seçilən
22
4
Ajans.az

6Mənbələr