EN

Yanğında həlak olan Könül Vəlibəylinin qızının vəziyyəti açıqlanıb - YENİLƏNİB

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə səbəbilə 2000-ci il təvəllüdlü Ləman Qulamova Yeni Klinikanın Reanimasiya şöbəsinə təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Yeni klinikanın Mətbuat xidmətindən məlumat verilib.

"Hazırda pasiyentin vəziyyəti kritik ağır olaraq qalır və süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə reanimasiya şəraitində nəzarətdə saxlanılır", - məlumatda bildirilib.

Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.

Chosen
90
6
bakivaxti.az

6Sources