EN

Narek Minasyan Hikmət Hacıyevlə görüşdən danışdı

Hər iki tərəf dialoqun ilkin mərhələsindədir və bu, uzun müddətdir davam edən münaqişə və onun bütün emosional aspektlərini nəzərə alsaq, kifayət qədər çətin məsələdir.

"Yeni Sabah" xəbər verir ki, bunu noyabrın 21-22-də Bakıda səfərdə olmuş Ermənistan vətəndaş cəmiyyətinin üzvü Narek Minasyan bildirib.

O qeyd edib: "Azərbaycanlı həmkarlarımız və Hikmət Hacıyevlə görüşlərdə sülh prosesindən siyasi dividentlər əldə etmək ideyası vurğulandı. Buna uyğun olaraq erməni və Azərbaycan xalqlarının sülhün faydalarını hiss etmələri üçün əməli addımlar atılmalıdır.

Hacıyevlə görüşümüzdə müxtəlif qıcıqlandırıcıların, məsələn, Azərbaycan dilindən bəzən mənfi, təhrikedici xarakter daşıyan problemlərin aradan qaldırılması ilə bağlı məsələ qaldırdıq”.


Telegram kanalımız
Chosen
31
1
yenisabah.az

2Sources