EN

Azərbaycan və İran arasında regiondan keçən nəqliyyat dəhlizlərinin inkişafı müzakirə olunub

Bakı. Trend:

24 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlərnaziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İran İslamRespublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadəniqəbul edib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumatyayıb.

Görüş zamanı, iki ölkə arasında ikitərəfli və çoxtərəfliəməkdaşlıq gündəliyi, eləcə də regional məsələlər müzakirəolunub.

Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkəliderləri arasında təmasların, o cümlədən mövcud siyasi dialoqun vəParlamentlərarası əlaqələrin vacibliyi, ümumi maraq kəsb edənməsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfəverdiyi vurğulanıb. İran İslam Respublikasının Prezidenti MəsudPezeşkianın ölkəmizə bu il həyata keçirdiyi iki səfərinmünasibətlərə əlavə təkan verdiyi qeyd olunub.

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerjitəhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahələri üzrəəməkdaşlığın perspektivlərini müzakirə edən tərəflər, xüsusiləAzərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrinregionumuzdan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm roloynadığını bildiriblər.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Chosen
84
18
az.trend.az

10Sources