Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qeyri-Hökumət Təşkilatlarının (QHT) Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Prezidentin müraciətini Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.