EN

ABŞ və Ukrayna Zelenskinin bu həftə səfərinin mümkünlüyünü müzakirə edirlər

Bakı. Trend:

ABŞ administrasiyasının rəsmiləri Ukrayna rəsmiləri ilə Ukraynaprezidenti Volodimir Zelenskinin bu həftə ABŞ-yə səfər etməehtimalını müzakirə edirlər.

Trend-inməlumatına görə, bu barədə "CBS News" öz mənbələrinə istinadənbildirib.

Məlumata əsasən, Zelenskinin ABŞ-yə yeni səfəri ABŞ prezidentiDonald Trampın bu il 27 noyabrda qeyd olunan Şükranlıq günündənəvvəl Ukraynadakı böhranın həlli üçün razılığa gəlmək səyləriçərçivəsində baş tuta bilər.

Eyni zamanda, kanalın mənbələri yeni səfərin mümkünlüyünün ABŞvə Ukrayna arasında Cenevrədə aparılan danışıqların nəticəsindənasılı olacağını vurğulayıblar.

Chosen
48
az.trend.az

1Sources