EN

Peres “Barselona”nın korrupsiya qalmaqalından DANIŞDI

“Real”ın prezidenti Florentino Peres “Barselona” ətrafındakı korrupsiya qalmaqalı barədə danışıb.

Publika.az xəbər verir ki, istintaqın məlumatına görə, “Barselona” keçmiş Hakimlərin Texniki Komitəsi vitse-prezidenti Xose Mariya Enrikez Neqreyraya hakimlik məsələlərinə dair məsləhət adı altında təxminən 7,2 milyon avro köçürüb.

Peres “Madrid Universal”a bildirib: “Normal deyil ki, “Barselona” vitse-prezidentə 17 il ərzində 8 milyondan çox avro ödəsin, səbəbindən asılı olmayaraq. Və bu, təsadüfən, “Barselon”nın idman baxımından ən yaxşı dövrünə təsadüf edir”.

Chosen
51
4
publika.az

5Sources