Madrid “Real”ının prezidenti Florentino Peres klubun iclasında “Barselona”ya Neqreyra işi ilə bağlı sərt tənqid yönəldib.
90deqiqe.Az xəbər verir ki, funksioner bildirib ki, 2001-2018-ci illərdə vitse-prezident Xose Mariyanın Neqreyraya ödədiyi məbləğ normal deyil.
“Bu normal deyil ki, ‘Barselona’ hakimlər komitəsinin vitse-prezidentinə ən azı səkkiz il ərzində 28 milyon avrodan çox ödəyib. Səbəbi nə olursa olsun, bu düzgün deyil. O, hakimlik sistemində əsas funksiyalara malik idi, o cümlədən vəzifəyə yüksəltmə və azaldılma proseslərində. Bütün bu müddət ‘Barselona’nın ölkəmizdə ən uğurlu dövrünə təsadüf etdi”
Qeyd edək ki, 2023-cü ildə “Barselona”ya, keçmiş hakimlər komitəsi vitse-prezidenti Xose Mariya Neqreyraya ödənişlər zamanı rüşvət verməkdə ittihamlar irəli sürülüb. Klub bu ödənişləri 2001-2018-ci illərdə həyata keçirməkdə günahlandırılıb. 2024-cü ildə İspaniya məhkəməsi bu ittihamları götürüb və müəyyən edib ki, Neqreyra İspaniya qanunvericiliyinə görə dövlət məmuru hesab olunmur.