La Liqada 13-cü tur oynanılıb.

Offsideplus.az xəbər verir ki, "Elçe" klubu evdə "Real Madrid"i qəbul edib.

Oyun 2:2 hesabla başa çatıb. Nəticədə "Real Madrid" bu dəfə "Elçe" səfərində xal itirdi.

Hazırda onlar 13 turdan 32 xalla liderdir, lakin "Barselona" 31 xalla onları yaxından izləyir.