AZ

“Real”da gərginlik davam edir

“AS” nəşrində “Real”dakı vəziyyətlə bağlı bir məqalə dərc olunub.

Publika.az xəbər verir ki, jurnalist Xose Feliks Dias yazır ki, Madrid “El Klassiko”dakı qələbədən sonra itib. Əvvəllər hamı qeyd edirdi ki, “Real” rəqiblərdən daha çox qaçır və fəal pressinq edir, amma indi bütün bunlar yox olub.

Məqalədə deyilir ki, klubda futbolçular ilə məşqçi heyəti arasındakı əlaqənin itirildiyi və ya ən azı ciddi dərəcədə zəiflədiyi etiraf olunmaq istənmir. Bu, rəhbərliyi narahat edir.

“Real” rəhbərliyini heyrətləndirən məqam isə komandanın liderlərinin sahədə ilk çətinliklərdə əllərini endirməsidir. Hazırda “Real” La Liqada liderdir, amma “Barselona” yalnız bir xal geri qalır.

Seçilən
51
50
publika.az

10Mənbələr