EN

"İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq" -Mübariz Orucov

Bu gün Misli Premyer Liqasında 12-ci tur başa çatıb.

Fanat.Az xəbər verir ki, turun son qarşılaşması “Neftçi” ilə “İmişli” arasında keçirilib. Gərgin keçən görüşdə qonaqlar 3:2 hesablı qələbəyə seviniblər.

Matçdan sonra məşqçi Mübariz Orucovu fikirlərini jurnalistlərlə bölüşüb:

“Turnir cədvəlində yerimiz yaxşı deyil, amma oyun baxımından xeyli fərq var. Düzdür, nəticəyə təsir etmir, əsasən də ilk dövrədə çox xallar itirmişik. Bu gün də çox üzücü məğlubiyyət aldıq. Heyətdə yeni oyunçular var, məsələn, Metyu və Abubakar sonradan qoşulublar. Yeni tam formalaşmamışıq. Hələ uyğunlaşma prosesi gedir. “Neftçi” olaraq həm çempionata, həm kuboka köklənmişik. Düzdür, çempionatda işlərimiz yaxşı getmir. Kubok yolu qısa yoldur, əlbəttə, ona da köklənəcəyik. Amma o demək deyil ki, çempionatı boş vermişik. Qarşıda oyunlar var. “Neftçi”nin hədəfi həmişə yüksək yerlər, çempionluq olub. İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq”.

Chosen
71
fanat.az

1Sources