EN

Klinikanın direktoru SAXLANILDI

Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı binanın zirzəmisində yerləşən klinikanın direktoru cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər veriLIr ki, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğınla bağlı binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürmüş Loft dent Klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində istintaq edilən cinayət işi üzrə şübhəli şəxs qimsində tutulub.

Qeyd edək ki, hadisə zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Chosen
22
25
azia.az

10Sources