EN

Bakı-Qazax yolundakı sıxlıqla bağlı rəsmi açıqlama

BAKI, 23 noyabr. TELEQRAF

"Bakı-Qazax yolunun 104-cü kilometrində, Bakı istiqamətində aparılan təmir işləri ilə əlaqədar yaranmış sıxlığın aradan qaldırılması istiqamətində zəruri bütün tədbirlər görülür".

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd olunan yol sahəsinə əlavə naryad qrupları ayrılıb. YPX əməkdaşları hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə gücləndirilmiş rejimdə xidmət aparırlar.

Chosen
33
26
teleqraf.com

10Sources