İspaniya Futbol Liqasının prezidenti Xavier Tebas Real Madrid prezidenti Florentino Perezi sərt tənqid edib.

Offsideplus.az xəbər verir ki, Tebas bildirib ki, Florentino Perez “maraq toqquşmaları” mövzusunda dərs verməyə ən sonuncu şəxsdir, çünki onun rəhbərliyi dövründə Real Madrid İspaniya Federasiyasının idarə heyətinin üzvü olub və bu, həqiqi maraq toqquşmasıdır.

Tebas əlavə edib ki, Real Madrid Federasiya prezidenti Rubiales ilə birlikdə Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya Superkubokundan gələcək böyük gəlirləri özəl danışıqlarla müəyyən edib və digər klublar bu gəlir bölgüsündən məmnun qalmayıb.

Tebas bunu “maraq toqquşmasına klassik nümunə” adlandırıb.