EN

MPL: “İmişli” “Neftçi”yə qalib gəldi

AzVision.az xəbər verir ki, oyunun 11-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Vensan Abubakar hesabı açsa da 13-cü dəqiqədə Ezekiel Morqan bərabərlik qolunu vurub – 1-1.

60-cı dəqiqədə Emin Mahmudov yenidən bakılıları hesabda önə çıxarsa da 64-cü dəqiqədə Dioqo Rollo “İmişli”nin bərabərlik qolunun müəllifi olub. 85-ci dəqiqədə qol vuran Edvin Banquera qonaqların qələbəsini təmin edib.

Qollar:Vensan Abubakar, 11-pen. (1:0); Ezekiel Morqan,13 (1:1), Emin Mahmudov, 60 (2-1), Dioqo Rollo, 64 (2-2), Edvin Banquera, 85 (2-3)

H akimlər:Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov

VAR: Tural Qurbanov

AVAR:
Asiman Əzizli

“Palms Sports Arena”

AzVision.az

Chosen
17
3
azvision.az

10Sources