EN

Tramp əmrlərinə tabesizliyə çağıran senatorları xain adlandırıb

ABŞ Prezidenti Donald Tramp administrasiyasının göstərişlərinə əməl etməməyə hərbçiləri çağıran Demokrat Partiyasının senator və konqresmenlərini xəyanətkar adlandırıb.

O, bunu “Truth Social” sosial şəbəkəsində yazıb.

O bildirib: “Hərbçiləri mənim əmrlərimə tabe olmamağa səsləyən xəyanətkarlar dərhal həbs edilməlidir… Bu, ən ağır səviyyədə üsyana təhrikdir və üsyana təhrik ciddi cinayətdir”.

Sonrakı paylaşımında Tramp əlavə edib ki, bir çox hüquqşünaslar bu addımı cinayət kimi dəyərləndirir.

AzPost.az

Chosen
36
50
azpost.info

10Sources