EN

The Economist: Trampın sülh planı ABŞ-nin öz maraqlarına ziyan vurur...

28 maddəlik sənəd Kiyevə demək olar heç nə vermir və Moskvanı faktiki mükafatlandırır…

Poliqon xəbər verir ki, The Economist nəşri ABŞ-nin Ukrayna müharibəsini bitirmək üçün irəli sürdüyü 28 maddəlik “sülh planını” sərt şəkildə tənqid edib. Analitik məqalədə bildirilir ki, belə bir sənəd “normal bir dünya nizamında” heç vaxt ortaya çıxmazdı, çünki o, Ukrayna, Avropa və hətta ABŞ-nin öz maraqlarına zərər vurur, yeganə qazanan isə Rusiya olur.

Nəşr yazır ki, plana əsasən, Ukraynaya MoskvaSankt-Peterburqa zərbə endirmək qadağan edilir, lakin Rusiyaya analoji məhdudiyyətlər tətbiq olunmur. Bundan əlavə, Kiyev atəşkəsdən başqa faktiki heç bir üstünlük qazanmır. Rusiya isə işğal etdiyi əraziləri saxlayır, sanksiyaların yumşaldılmasına nail olur, beynəlxalq arenaya qayıdır və əlavə iqtisadi üstünlüklər əldə edir. The Economist bunu “aqressiyanın mükafatlandırılması” və Moskvanın hərbi potensialını bərpa etməsi üçün zaman qazanması kimi xarakterizə edir.

Jurnal vurğulayır ki, Kreml uzun illərdir beynəlxalq razılaşmaları sistematik şəkildə pozur və onun təhlükəsizlik zəmanətlərinə güvənmək mümkün deyil. ABŞ-nin bu planı Avropa ilə məsləhətləşmələr aparmadan irəli sürməsi isə nəinki Avropaya qarşı saymamazlıq kimi görünür, həm də Yaponiya, Cənubi Koreya və Çinə təhlükəli siqnal göndərir.

Məqalədə qeyd olunur ki, Ukraynaya verilən təhlükəsizlik zəmanətləri də etibarsızdır: onlar yalnız Donald Trampın şəxsi iradəsindən asılıdır və Konqres tərəfindən təsdiqlənməyib. Bu isə onları praktik olaraq qeyri-funksional edir.

The Economist Avropa üçün riskləri də sadalayır: əgər ABŞ-nin Kiyevə yardımı azalarsa, yükün böyük hissəsini Avropa özü daşımalı olacaq və bu, onun iqtisadi problemləri fonunda NATO-nun təhlükəsizliyini belə təhdid edə bilər. Ümumilikdə, nəşr sənədi “ultimatum” adlandırır və Zelenskini bunu qəbul etməyə məcbur etməyə çalışdıqlarını yazır. Məqalə planı “pis saziş” kimi qiymətləndirir.

Poliqon.info

Chosen
50
50
poliqon.info

10Sources