EN

Futbolçularımın göstərdiyi performans bizi sevindirdi Ayxan Abbasov

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında 12-ci tur başa çatacaq.

Fanat.Az xəbər verir ki, əvvəlcə avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sabah” Masazırda “Şamaxı”nı qəbul edib. Oyun qolsuz bərabərliklə yekunlaşıb.

Matçdan sonra keçirilən mətbuat konfransında  "Şamaxı"nın çalışdırıcısı Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

"Çətin səfər idi, yaxşı formada olan komandaya qarşı oynayırdıq. Bilirdik ki, son matçlarda "Sabah" qələbələri sıralayır. Biz də yaxşı hazırlaşmışdıq. Futbolçularımın göstərdiyi performans bizi sevindirdi. Təəssüflər olsun ki, qol epizodlarını dəyərləndirə bilmədik. Çempionatın başlanğıcından 100 faizlik qol epizodlarını qaçırırıq. Amma bunun üzərində çalışırıq. Oyun planımızdakı epizodlar alındı. Vacib xal qazandıq. Gələcəyə baxacağıq". 

- Mübahisəli epizodları izlədiz?

- Düzünü deyim, təkrara baxmadım. Oyunun tempi yaxşı idi. Baş hakim də mübarizəyə bir az imkan verirdi. Mərkəzdə 1-2 epizodlar oldu ki, xırda foullardır. Bu da olur. Meydançadakı hər şeyə onsuz da, reaksiya veririk. Yəqin ki, VAR-da baxırdılar. Mən baxmamışam, heç nə deyə bilmərəm.

- Rüfət Abbasov bu gün vinger kimi oynadı. Deyəsən, yeni Toral Bayramov yetişdirirsiz?

- Bu gün sistem rəqibə görə idi. "Sabah"ın yaxşı hücumları var. Rəqibə görə sistemi dəyişmişdik. Rüfətə bir az da inam gəlməsi üçün hücumda oynatdıq. Birinci hissədə yaxşı idi, sonra o da yoruldu. Rüfət universal oyunçudur. Bəlkə gələcəkdə sağ cinahda da oynatdıq.

- Demək olar ki, "Sabah"ı daha yaxşı tanıyırsız.

- Bu mövsüm onlara uduzmuşuq. Ötən mövsüm maraqlı keçmişdi. "Sabah"ın baş məşqçisi indi fərqlidir. Bəlkə "Sabah" bizdən bu sistemi gözləmirdi. Çempionatda bütün komandalar bir-birini yaxşı tanıyır. Biz də rəqibi hansısa məqamda təəccübləndirmək istədik. Ola bilərdi ki, alınmasın. Məşqçisənsə, risk etmək məcburiyyətindəsən. Ən sevindiyim odur ki, futbolçular tez qəbul edirlər. "Sabah" yaxşı kollektivdir, bu mövsüm daha da rəngarəng oynayırlar.

- Legioner limitinin ləğvindən sonra futbolun keyfiyyətinin daha da artacağı deyilirdi. Amma meydanda bu keyfiyyət görünmür. Sizcə ötən mövsümlə müqayisədə keyfiyyət artıb? 

- Bizim liqa çətindir. Bunu kənardan mütəxəssislər də deyir. Bəzən yaxşı görünməməsinin səbəbi oyun saatı, stadiondakı boş tribunalardır. Bəlkə baxmırsız, amma biz bir çox liqalara baxırıq. Məsələn, Xorvatiya, Serbiya kimi çempionatlara baxırsan, bəzən oyunda heç iki korner olmur. Əvvəl daha çox meydanda hücum futbolu oynanılırdı. Amma indi vəziyyət də dəyişib. Taktiki mübarizə ön plana çıxıb. Komandaları başa düşmək olur, nəticəyə oynayırlar. Limitin ləğvindən sonra səviyyənin tez artacağı fikri ilə razılaşmıram.

- Hazırkı temp, çempionata baxanda gələcəkdə milli komanda nəsə ümid verir?

- Bilmirəm temp necə görünür. Bu oyunun göstəricilərini bilmirəm. Oyunun necə keçdiyinə baxmalıyıq. Premyer Liqamız bir çox ölkə çempionatlarından üstündür. Bizdə ən aşağı dəqiqə 35-37 olur. Amma ölkələr var ki, 30 dəqiqə futbol oynanılır. "Qarabağ"la oyunumuz təmiz 60 dəqiqə oynanılmışdı. Çox yüksək temp idi, artırmalıyıq. Amma çempionatın tempi artanda milli də yaxşılacaq demək düz deyil. Komandada rəqabət olmalıdır. Baxın, Xəyal Əliyev “Sabah”da əsas heyətin üzvüdür. Biz rəqabəti də artırmalıyıq. 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
5
fanat.az

10Sources