EN

Yasamal yanğınına görə tutulan var - Bəhruz Paşayev kimdir?

Yasamal rayonunda yaşayış binasında baş vermiş yanğına görə saxlanılan var. 

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı həmin binanın zirzəmisində yerləşən klinikanın direktoru cinayət məsuliyyətinə cəlb edilib.

"Cebheinfo.az" "report"a istinadla xəbər verir ki, binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürmüş "Loft dent" klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində istintaq edilən cinayət işi üzrə şübhəli şəxs qimsində tutulub.

"Cebheinfo.az" 

Chosen
32
5
cebheinfo.az

10Sources