AZ

Baş Prokurorluq Yasamaldakı yanğınla bağlı məlumat yaydı

Baş Prokurorluq Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğınlabağlı media və ictimaiyyətə müraciət edib.

Publika.az xəbər verir ki, müraciətdə zərərçəkmiş şəxslərin hüquqları nəzərə alınmaqla, ibtidai istintaqın gedişinə dair qeyri-rəsmi mənbələrdən əldə olunan və dəqiqləşdirilməmiş həssas informasiyaların paylaşılmasının cəmiyyət arasında çaşqınlığa səbəb olduğu, eləcə də istintaqın obyektivliyinə zərər vurduğu diqqətə çatdırılıb.

"Bütün rəsmi və təsdiqlənmiş məlumatlar qısa zamanda yalnız Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təqdim olunacaq.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, ibtidai istintaqla bağlı məlumat yayarkən qanunvericiliyin tələbləri rəhbər tutulmaqla, yalnız rəsmi mənbələrə istinad etsinlər, hüquqi əsası və təsdiqi olmayan informasiyaların yayılmasına yol verməsinlər", - məlumatda qeyd olunub.

Seçilən
13
24
publika.az

10Mənbələr