EN

Merts: Cenevrədə Ukrayna üzrə danışıqlar davam edir

BAKI, 23 noyabr. TELEQRAF

Almaniya kansleri Fridrix Merts Avropa ölkələrinin, ABŞ-nin və Ukraynanın nümayəndələri arasında Cenevrədə danışıqların davam etdiyini təsdiqləyib. O, həmçinin Ukrayna ilə bağlı yeni təklif irəli sürdüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, bunu Merts Cənubi Afrikada keçirilən G20 sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Hazırda söhbət ABŞ administrasiyasının təqdim etdiyi 28 maddəlik plan əsasında Ukraynanın Rusiya ilə danışıqlarda qəbul edib təsdiqləyə biləcəyi bir sənəd hazırlanmasından gedir”, – deyə kansler bildirib.

Merts yeni təşəbbüs irəli sürdüyünü də diqqətə çatdırıb:

“Mən əlavə bir təklif verdim, lakin bu, hələ tam hazır həll paketinin tərkib hissəsi deyil. Detalları açıqlamaq istəmirəm, çünki hazırda Cenevrədə danışıqlar gedir”.

Chosen
38
teleqraf.com

1Sources