"Bir taxıl dəhlizi təşəbbüsümüz vardı. Bu təşəbbüsümüz, əslində, sülhə gedən yolu açmaq üçün idi. Təəssüf ki, müəyyən bir yerə qədər bunu bacardıq, amma sonradan davam etmədi. Sabahkı telefon danışığımızda hörmətli Putindən bunu yenidən xahiş edəcəyəm. Bu prosesi başlada bilsək, çox xeyirli olar deyə düşünürəm. Ölümləri dayandıra bilmək üçün hansı addımlar ata biləcəyimizi onunla müzakirə edəcəyəm", -Türkiyə lideri əlavə edib.