Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə noyabrın 24-də telefon danışığı aparacaq.
Bu barədə Türkiyə lideri G20 zirvəsi çərçivəsində Cənubi Afrika Respublikasında keçirdiyi mətbuat konfransında bildirib.
"Bu həftə ölkəmizdə Zelenski qonağımız idi. Sabah isə cənab Putinlə telefonda danışacağam", - Ərdoğan qeyd edib.