EN

Günəş fonunda unikal oaraşüt kadrı VİDEO

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Amerikalı fotoqraf paraşütçünün Günəş diski fonunda düşmə anını qeydə alıb. O, bu işi “İkarın Düşüşü” adlandırıb.

Astrofotoqraf Endryu MakKarti paraşütçünü Günəşin fonunda çəkib. O bildirib ki, şəkli H-alfa teleskopundan istifadə edərək əldə edib. Bu görüntü fotomozaykadır. Kadrı əldə etdikdən sonra Günəş diskinin qalan hissəsini də əhatə etmək üçün çəkilişi davam etdirib.

Fotodakı paraşütçü musiqiçi Qabriel Braun­dur. MakKarti qeyd edib ki, bu fotonun ideyası onların birlikdə paraşütlə tullanmasından sonra yaranıb.

Şəklin reallaşmasına yüngül təyyarə pilotu Cim Hamberlin kömək edib. O, Braunu lazım olan yüksəkliyə qaldırıb və nə vaxt tullanmalı olduğunu söyləyib. Bu müddət ərzində MakKarti isə yerdən onların hərəkətlərini koordinasiya edib.

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
2
xalqqazeti.az

3Sources