ABŞ prezidenti Donald Trampın sərvəti sentyabr ayından bəri ailəsinə məxsus Trump Media və Texnologiya Qrupunun (TMTG) səhmlərinin qiymətinin düşməsi səbəbindən 1,1 milyard dollar azalıb.
Musavat.com xəbər verir ki, bu barədə "Forbes" nəşri yazır.
Nəşrin məlumatına görə, 2025-ci ilin sentyabr ayında kriptovalyuta sərmayələri sayəsində Trampın xalis sərvəti rekord həddə çataraq 7,3 milyard dollar olub. "Forbes" onu Amerikanın 400 ən zəngin adamları siyahısında 201-ci yerə qoyub.
Hazırda onun kapitalı 6,2 milyard dollardır.
Musavat.com