EN

Ukrayna Moskvanı işıq və istiliklə təmin edən stansiyanı vurdu...+VİDEO

Noyabrın 23-ü gecəsi Moskva vilayətinin Şatura şəhərindəki istilik elektrik stansiyasına (İES) hücum dronları zərbə endirib.
 
Moderator.az "Fokus" portalına istinadla xəbər verir ki, Rusiyanın "Astra" nəşrinin məlumatına görə, bu elektrik stansiyası Rusiyanın paytaxt bölgəsini elektrik enerjisi və istiliklə təmin edir.
 
"İES Moskva vilayətinin Şatura şəhərində hücuma məruz qalıb və yanır", - dron hücumundan sonra İES-də baş verən böyük yanğını göstərən videonun başlığında deyilir.
 
Yerli sakinlərin sözlərinə görə, ən azı beş hücum dronunun elektrik stansiyasına düşdüyü qeyd olunur.
 
Qeyd olunur ki, Şatura İES-in gücü 1500 MVt-dır və 1920-ci ildə tikilib və Rusiyanın ən qədim elektrik stansiyalarından biridir.

 

Chosen
19
moderator.az

1Sources