EN

Gəncədə yeniyetmə bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü N. Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal o əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü M.Nağıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
13
4
far.az

10Sources