Gəncədə 15 yaşlı gənc bıçaqlanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 2010-cu il təvəllüdlü N. Məmmədov bədənin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Dərhal o əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü M.Nağıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta