Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Nəhayət, Fernandinyo peşəkar futbolçu həyatı ilə bağlı vacib qərar verib. Braziliya yığmasının sabiq futbolçusu karyerasını başa vurub."Football-plus.az" xəbər verir ki, bu barədə 40 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. “Globo” nəşrinə danışan Fernandinyo yorulduğunu və bu səbəbdən futbolla vidalaşdığını bildirib. Braziliya yığmasında 2011-19-cu illərdə çıxış edən yarımmüdafiəçi bu müddətdə 53 oyun keçirib və 2 qol vurub. Milli komanda ilə 2019-cu ildə Amerika Kubokunun qalibi olub. “Atletik Paranaense”nin yetirməsi olan Fernandinyo son vaxtlar məhz bu klubda çıxış edib. O, 2005-13-cü illərdə Donetsk “Şaxtyor”unda, 2013-22-ci illərdə isə “Mançester Siti”də oynayıb. Uzun müddət İngiltərə klubunun kapitanı olan braziliyalı futbolçu bu komandada 383 oyuna 26 qol vurub və 32 məhsuldar ötürmə edib. Onun MS ilə 5 dəfə İngiltərə çempionu olduğunu da xatırladaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.