EN

Media: Avropa liderləri Ukrayna planını müzakirə etmək üçün Vaşinqtona səfər edə bilərlər

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 23 noyabr, AZƏRTAC

Avropa liderləri Tramp administrasiyasının Ukraynadakı münaqişənin həlli ilə bağlı hazırladığı planı müzakirə etmək üçün Vaşinqtona səfər edə bilərlər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Ciorcia Meloni də daxil olmaqla bir sıra Avropa liderləri Vaşinqtona səfər etməklə Trampı sülh planına müəyyən düzəlişlər etməyə razı salmağa çalışa bilərlər. Bununla belə, “Sky News” qeyd edir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin noyabrın 26-da keçiriləcək büdcə müraciətindən əvvəl ABŞ-a səfər edəcəyi ehtimalı azdır.

Telekanal bəzi Avropa liderlərinin mümkün səfərini, Alyaskada keçirilmiş Rusiya–Amerika sammitindən sonra Ağ Evə edilmiş əvvəlki kollektiv səfərlə müqayisə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
52
50
azertag.az

10Sources