AZ

Zelenskinin Vaşinqtona mümkün səfəri müzakirə olunur – qərar Cenevrə danışıqlarının nəticəsindən asılı olacaq

Musavat.com xəbər verir ki, ABŞ və Ukrayna rəsmiləri bu həftə Ukrayna prezidenti Vladimir Zelenskinin Vaşinqtona mümkün səfərini müzakirə edirlər. Bu barədə CBS News bir neçə amerikalı və ukraynalı rəsmiyə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, səfər yalnız bazar günü Cenevrədə keçiriləcək danışıqlarda kifayət qədər irəliləyiş qeydə alınarsa reallaşacaq. Hazırda prosesin gedişində müəyyən qeyri-müəyyənlik var.

Ağ Ev isə bildirir ki, Zelenskinin səfəri ilə bağlı hələlik konkret plan yoxdur. Bunun səbəbi aktiv diplomatik trafikin davam etməsi və bir neçə paralel variantın müzakirə edilməsidir.

Danışıqlarda masada olan mümkün ssenarilərdən biri ABŞ ordusu katibi Den Driskollun Rusiyaya səfəri və ya rusiyalı rəsmilərlə neytral platformada görüşü variantını da əhatə edir.

Bununla belə, rusiyalı mənbələr CBS News-a açıqlamalarında hələ heç bir razılaşmanın olmadığını bildiriblər.

Beləliklə, Zelenskinin Vaşinqtona yaxın günlərdə səfəri məsələsi diplomatik irəliləyişdən asılı olaraq açıq qalır. 

 

Musavat.com

Seçilən
14
50
musavat.com

10Mənbələr