EN

Şəkidə evdə yanğın FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Axşam saatlarında Şəki şəhərinin S.Ə.Şirvani küçəsindəki mənzillərdən birində güclü yanğın başlayıb.

"Unikal" xəbər verir ki, şəhər sakini 55 yaşlı Famil Nəsibova məxsus yaşayış evində baş verən yanğının söndürülməsinə canlı qüvvə və texnikalar cəlb olunub.

Yanğına vaxtında müdaxilə nəticəsində ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli, 6 otaqdan ibarət evin bir otağında tüstü bacasının ətrafı və 3 kvadratmetr sahə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğın yerinin ilkin müayinəsi zamanı hadisənin qazla işləyən qızdırıcının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
94
50
unikal.az

10Sources