BAKI, 22 noyabr. TELEQRAF
Aİ, ABŞ və Ukrayna rəsmiləri Prezident Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə sülh planını noyabrın 23-də Cenevrədə müzakirə edəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə DPA-ya Almaniya hökumət dairələrindəki mənbələr məlumat verib .
Qeyd edək ki, Donald Trampın təklif etdiyi sülh planının 28 bənddən ibarətdir.Sülh planına NATO-dan imtina, yeni sərhədlər, bufer zona, Ukrayna Silahlı Qüvvələri üçün məhdudiyyətlər daxildir.