Sentyabrın 27-də Qubada avtomobilin ağaca çırpılması nəticəsində 1 nəfər ölüb, 1-i isə yaralanıb. Yaralanan şəxs 24 yaşlı Asim Qafarov idi.
NOCOMMENT.az unikal-a istinadən xəbər verir ki, Asim Qafarov iki aya yaxın müddət ərzində komada qaldıqdan sonra dünyasını dəyişib. O, Vətən müharibəsi iştirakçısıdır.
Qeyd edək ki, sürücü Ceyhun Yusifov hadisə yerində dünyasını dəyişmişdi.