EN

2 ay komada qalan müharibə iştirakçısı vəfat etdi

Sentyabrın 27-də Qubada avtomobilin ağaca çırpılması nəticəsində 1 nəfər ölüb, 1-i isə yaralanıb. Yaralanan şəxs 24 yaşlı Asim Qafarov idi.

NOCOMMENT.az unikal-a istinadən xəbər verir ki, Asim Qafarov iki aya yaxın müddət ərzində komada qaldıqdan sonra dünyasını dəyişib. O, Vətən müharibəsi iştirakçısıdır.

Qeyd edək ki, sürücü Ceyhun Yusifov hadisə yerində dünyasını dəyişmişdi.

Chosen
32
15
nocomment.az

10Sources